XƏBƏRLƏR / Nəqliyyat

İsrail ölkənin şimalı üzərində hava məkanını bağladı

İsrail mediası xəbər verir

İsrail ölkənin şimalı üzərində hava məkanını bağladı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrail hakimiyyəti ölkənin şimalının böyük bir hissəsində hava məkanını mülki aviasiya uçuşları üçün bir günlüyə bağlayıb.

    İsrail mediası xəbər verir ki, qərar Beyrutda Hizbullah hərəkatının komandirlərindən biri Fuad Şükürə qarşı sui-qəsd cəhdindən və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra qəbul olunub.

    Məlumata görə, hava məkanı polis, yanğınsöndürmə, tibbi evakuasiya, hərbi bazalara uçuşlar istisna olmaqla, bütün uçuşlar üçün bağlanıb.

    İsrail Fuad Şükürə qarşı sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürsə də, İsmayıl Haniyənin ölümünə hələlik şərh verməyib. HƏMAS isə liderinin qətlində israilliləri günahlandırır.