Bakıya “Stadler Rail Group”un beşinci elektrik qatarı gəlib
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-ndən məlumat verilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Bakı dəmir yolu stansiyasına planlaşdırılan 10 elektrik qatarından beşincisi gəlib.
Ekoloji cəhətdən təmiz, rahat və təhlükəsiz qatarlar sınaqdan keçirildikdən sonra istismara veriləcək.