Gürcüstan da köhnə avtomobilləri qadağan edəcək
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Azərbaycanın ardınca Gürcüstan hökuməti də 2013-cü ilədək edilmiş avtomobillərin ölkəyə idxalını qadağan edəcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, 2024-cü il yanvarın 1-dən istehsal müddəti 2013-cü ilədək olan minik avtomobillərinin ölkəyə idxalı məhdudlaşdırılacaq.
Bu qadağa avtobus və yük maşınlarına da tətbiq ediləcək. 2025-ci il yanvarından 1-dən istehsal müddəti 2013-cü ilədək olan avtobus və yük maşınlarının da ölkəyə idxalı qadağan olunacaq.
Baş nazir deyib: “Havanın həddindən artıq çirklənməsi məsələsi hamımızı narahat edir. Paytaxtda, eləcə də böyük şəhərlərdə bu istiqamətdə çox böyük problemlər var. Milli Ətraf Mühit Agentliyi tərəfindən artıq ətraflı araşdırmalar aparılıb. Bir neçə ildir ki, yanacaq standartını müəyyən etmişik və Gürcüstana Avro 5 standartına uyğun yanacaq gətirilir. Bu, daim nəzarətdə saxlanılır. Sakinlərə Avro 5 standartına uyğun dizel təqdim edilir. Keyfiyyət mütəmadi olaraq yoxlanılır. Bu gün əsas problemlərdən biri havanın çirklənməsidir ki, bu da bir çox nasaz nəqliyyat vasitələri ilə bağlıdır. Bu səbəbdən, 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalı məhdudlaşdırılacaq”.