Bakı metrosunun bənövşəyi xəttində yeni stansiya tikilir
Yeni stansiyanı “8 noyabr” stansiyası ilə birləşdirən tunellər artıq tikilib FOTO
Bakı metrosunun bənövşəyi xəttində yeni stansiyanın tikintisi 2025-ci ildə başa çatacaq.
Metropoliten nümayəndəsi Bəxtiyar Məmmədov bildirib ki, yeni stansiyanı “8 noyabr” stansiyası ilə birləşdirən tunellər artıq tikilib.
Gələcək stansiya Cəlil Məmmədqulizadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı xəstəxananın arasında yerləşir.