XƏBƏRLƏR / Nəqliyyat

Dəhlizin İran tərəfindən həyata keçirilməsi də mümkündür

Bunu Zəngəzur yolu haqda Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib

Dəhlizin İran tərəfindən həyata keçirilməsi də mümkündür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə və Azərbaycan arasında nəqliyat marşrutları haqda Hürriyet qəzetinə danışıb.

    O qeyd edib ki, "Zəngəzur yolu Türkiyədən Bakıya xətt çəkəcək. Bu, Mərkəzi Dəhlizin mühüm marşrutlarından biri olacaq. Danışıqlar davam edir. Naxçıvandan Dilucu Sərhəd Qapısına qədər xətt var, 14 kilometrlik yeni xəttin təmiri və tikintisi gündəmdədir.

    Nazir bildirib ki, "43 km Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçir. Bu, Ermənistan tərəfi ilə də müzakirə olunur. Dəhlizin İran tərəfindən həyata keçirilməsi də mümkündür. Biz bu yolu tez bir zamanda həyata keçirməyi düşünürük."


    "Orta Dəhliz hazırda ən qısa və təhlükəsiz yoldur. Bakı-Tbilisi-Qars kimi bir xətt də var, o daha qısadır. Türk Cümhuriyyətləri ilə Uzaq Şərqi aydın bir xəttlə birləşdirəcəyik." - Uraloğlu deyib

    Türkiyə Naxçıvana dəmir yolunun tikintisini 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

    Ankara artıq onun tikintisi üçün tender hazırlamağa başlayıb. Bu barədə “Yeni Şafak” qəzetinə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu məlumat verib.

    Onun sözlərinə görə, Qars-Naxıcevan dəmir yolunun uzunluğu 224 km olacaq.

    Yolun xarici sərmayə və kreditlərin cəlb edilməsi hesabına salınması planlaşdırılır.

    Layihə üzrə hazırlıq işlərinə 2019-cu ildə başlanılıb.