XƏBƏRLƏR / Nəqliyyat

Çindən yola düşən qatar Bakı limanına gəlib

Çinin Sian stansiyasından 100 bloklu qatar Bakı limanı vasitəsilə son mənzilə yola salınacaq

Çindən yola düşən qatar Bakı limanına gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin Sian şəhərindən yola düşən qatar Bakı limanına gəlib. 55 ədəd 40 futluq konteynerdən ibarət blok qatarı “Sunkar” qidalandırıcı (konteyner gəmisi) gəmisi ilə Qazaxıstanın Aktau limanından Bakı limanına gətirilib.

    Hazırda limanda bu yüklərin boşaldılması və vaqonlara yüklənməsi işləri aparılır və prosesin yaxın saatlarda başa çatdırılması planlaşdırılır.

    Qeyd edək ki, bu il ərzində Çinin Sian stansiyasından 100 bloklu qatar Bakı limanı vasitəsilə son mənzilə yola salınacaq.