XƏBƏRLƏR / Nəqliyyat

BTQ dəmir yolunun rəsmi açılışı olacaq

Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir

BTQ dəmir yolunun rəsmi açılışı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub.

    Təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq.

    Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

    Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərir. Magistralın uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstanın ərazisində yerləşir.