Azərbaycan nümayəndə heyəti Qars-Naxçıvan layihəsinə baxdı
Qarsdan Naxçıvanla sərhədə qədər dəmir yolu xəttinin tikinti layihəsi tam hazırdır
Azərbaycan nümayəndə heyəti Qarsdan Naxçıvanla sərhədə qədər dəmir yolu xəttinin tikintisi layihəsi ilə tanış olub.
Qars-İğdır-Aralık-Dilcucu dəmir yolu tikintisi layihəsi çərçivəsində aktiv tikinti işləri 2025-ci ilin aprelində başlayacaq və təxminən dörd il davam edəcək.
Bu barədə Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər 224 km dəmir yolunun tikintisi layihəsinin icrası həvalə edilmiş Türkiyənin “Kalyon” tikinti şirkətinin nümayəndələri məlumat veriblər.
Bazar ertəsi, yanvarın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti layihə ilə tanış olub, infrastruktur layihəsinin tikinti sahələrindən birinə baş çəkib.
Nümayəndə heyətini İğdır vilayətinin valisi, Türkiyə parlamentinin deputatları, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev, eləcə də Qarsda keçirilən “Qış təlimləri 2025”də iştirak edən hərbi qulluqçular müşayiət ediblər.
Bildirilib ki, yeni dəmir yolunun böyük hissəsi Naxçıvan istiqamətində Qarsı İğdırla birləşdirən mövcud marşrut xəttinə paralel çəkiləcək. Tikinti layihəsinə ümumilikdə 3,5 minə yaxın türkiyəli mütəxəssis cəlb olunacaq.
Yeni dəmir yolu xətti boyunca geoloji işlər başa çatdırılıb, müvafiq hesabat hazırlanıb.
Layihə çərçivəsində, o cümlədən, bir neçə stansiyanın, qatarların qaimə dəyişdirmə məntəqəsinin, yük terminalının tikintisi nəzərdə tutulur.
Rayonun inkişafında yeni mərhələnin qeyd olunması üçün nəzərdə tutulan nəqliyyat layihəsinin tezliklə başa çatdırılmasının vacibliyi qeyd edilib.