Qırğızıstanın Manas hava limanında bomba xəbəri
Bu barədə “24.kg” məlumat yayıb
Manas Beynəlxalq Hava Limanında bu gün alınan bomba xəbərinin yalan olduğu üzə çıxıb. Bu barədə hava limanından məlumat verilib.
Mümkün təhlükə barədə məlumat daxil olduqdan sonra sərnişinlər və şəxsi heyət təxliyə edilib. Hava limanının dəqiqləşdirdiyi kimi, uçuşların qeydiyyatı müvəqqəti olaraq dayandırılıb, lakin uçuşlar qrafikə uyğun olaraq davam edib.
Xatırladaq ki, sentyabrın əvvəlində bomba barədə yalan xəbərə görə evakuasiya da həyata keçirilib, lakin sonradan partlayıcı qurğu tapılmayıb.