Çindən Orta Dəhlizlə bu ilin 6 ayı ərzində 105 qatar keçib
“Azərbaycan Dəmir Yolları” QSC xəbər verir
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, Çindən Orta Dəhlizlə cari ilin əvvəlindən iyun ayının sonuna kimi ümumilikdə 105 blok qatar yola salınıb.
Məlumata görə, 2024-cü ilin mayında Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi başa çatdırılaraq bu marşrutla yükdaşımalara start verilib. Ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artıb.
“Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə mayda Azərbaycanın Astara rayonunda yük terminalı yenilənərək istifadəyə verilib, yü kaşırma potensialının ilin sonuna qədər 1 milyon tona qədər artırılması planlaşdırılır”, - məlumatda qeyd olunur.
Ümumilikdə bu ilin yanvar-iyun aylarında 9,3 milyon tondan çox yük daşınıb ki, bunun da 3,9 milyona yaxını konteyner yükləri də daxil olmaqla tranzit yükü olub. Tranzit yükdaşımalar ötən illə müqayisədə 8 faizdən çox artıb.
Xatırladaq ki, bu gün (20 iyul) “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaradılmasından 15 il ötür.