XƏBƏRLƏR / Nəqliyyat

Bayramov ÜGT ilə nəqliyyat dəhlizləri haqda danışıb

XİN xəbər verir

Bayramov ÜGT ilə nəqliyyat dəhlizləri haqda danışıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) nəqliyyat dəhlizlərinin inkişafı və rəqəmsallaşma məsələlərini müzakirə ediblər

    Azərbaycanın xarici işlər naziri Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi Sanders ilə görüşüb.

    Tərəflər Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini, beynəlxalq ticarətin asanlaşdırılmasını, sərhəd təhlükəsizliyini, gömrük sistemlərinin rəqəmsallaşdırılmasını, qanunsuz ticarətə qarşı mübarizəni və gömrük sektorunda potensialın artırılmasını müzakirə ediblər.

    Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlığın vacibliyini qeyd edib və gömrük islahatları, tranzit imkanlarının genişləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı barədə danışıb.

    Nazir həmçinin görüşdə regional reallıqlar, sülh prosesi, yenidənqurma işləri və azad edilmiş ərazilərdə infrastruktur layihələri barədə məlumat verib.

    Tərəflər həmçinin Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasının fəaliyyəti və gömrük prosedurlarının səmərəliliyinin artırılması məsələlərini də müzakirə ediblər.

    Görüşdə innovativ texnologiyaların tətbiqinin, məlumat mübadiləsinin və beynəlxalq gömrük əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.