ABŞ Zəngəzur dəhlizində tədqiqatlara başlayır
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb
ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu TRIPP layihəsinin keçdiyi ərazilərdə sahə araşdırmaları aparmaq üçün AECOM şirkətinin əməkdaşlarını Ermənistana göndərib.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, "Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Fondu üzrə Tərəfdaşlıq proqramı çərçivəsində ABŞ-ın mühəndislik konsaltinq şirkəti AECOM-dan bir qrup TRIPP ərazisində tədqiqat işlərinə başlamaq üçün Ermənistana səfər edib.
Bu layihə Ermənistanın uzunmüddətli iqtisadi artımını, əlaqəsini və regional inteqrasiyasını dəstəkləmək üçün dəmir yolu və digər infrastruktur inkişafı üçün texniki qiymətləndirmələr və tövsiyələr təqdim edəcək."
Eyni zamanda, qeyd edilib ki, dəmir yolu və digər infrastrukturun yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və təkliflər hazırlanacaq.
1 dəqiqə