XƏBƏRLƏR / Nəqliyyat

Sabahdan Bakı-Tehran-Bakı aviareysi bərpa olunur

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb

Sabahdan Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

    Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb. 

    Diplomat xatırladıb ki, sentyabrın 3-də AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reysi həyata keçirilib: 

    "Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".