XƏBƏRLƏR / Nəqliyyat

Bakı–Balakən–Bakı qatarı 3 aydan sonra bərpa olunur

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb

Bakı–Balakən–Bakı qatarı 3 aydan sonra bərpa olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti noyabrın 20-dən bərpa ediləcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

    Məlumata görə, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə noyabrın 21-dən etibarən hərəkət edəcək.

    Qeyd edək ki, sel hadisəsi nəticəsində zərər görmüş Qax–Zaqatala dəmir yolu xəttində aparılan təmir işləri ilə əlaqədar bu ilin avqustun 1-dən bu marşrut üzrə sərnişindaşıma xidməti müvəqqəti dayandırılmışdı. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.