Sumqayıtda Çin şirkətinin elektrobasları istehsal olacaq
Bu gün Bakıda avtobusların istehsalının lokallaşdırılması ilə bağlı müqavilə imzalanıb
Bakıda Çinin BYD şirkəti ilə Azərbaycanda elektriklə işləyən avtobusların istehsalının lokallaşdırılması ilə bağlı müqavilə imzalanıb.
2030-cu ilə qədər həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində ehtiyat hissələrinin 40% səviyyəsində lokallaşdırılması ilə Çin şirkətinin elektrobuslarının istehsalının yaradılması nəzərdə tutulur.
Birgə müəssisə Sumqayıt Kimya Sənaye Parkında tikiləcək.