XƏBƏRLƏR / Nəqliyyat

Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib FOTO

Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Uzunluğu 194,1 km olan dəmir yolu boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

    Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.