Moskvada "Şimal-Cənub" BND-də əməkdaşlıq haqda saziş
Rusiya və Azərbaycan Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımalarının inkişafı üçün əməkdaşlıq edəcək
Rusiya və Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) ilə tranzit yükdaşımalarının inkişafı üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar.
Rusiyanın nəqliyyat naziri Roman Starovoit Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə danışıqlar aparıb.
Tərəflərin imzaladığı saziş "Şimal-Cənub" BND-nin qərb marşrutu üzrə dəmir yolu yükdaşımaları və infrastrukturun inkişafının əlaqələndirilməsi mexanizmini müəyyən edir. İndi yüklərin sərhədi keçmək üçün daha asan şərtləri olacaq və daşımaların həcminin artım templəri ilə dəmir yolu infrastrukturunun inkişafı arasında tarazlıq təmin ediləcək. Bu barədə Rusiya Nəqliyyat Nazirliyi xəbər verir.
Bu arada İran prezidenti Məsud Pezeşkian Rusiya baş nazirinin müavini Vitali Savelyevlə görüşündə hökumətinin strateji beynəlxalq "Şimal-Cənub" dəhlizinin tikintisini başa çatdırmaqda qərarlı olduğunu təsdiqləyib, - IRNA xəbər verir.