Nəsimi rayonundakı yol ötürücüsü bərpa edildi
"Qələbə dairəsi”ndən Ziya Bünyadov prospekti istiqamətindəki körpüdə nəqliyyatın hərəkətində problem aradan qaldırıldı
![Nəsimi rayonundakı yol ötürücüsü bərpa edildi](/uploads/images/2023/12/rs/image_750x_65798b7856495-750-1080-resize.webp)
Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi”ndən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.
Belə ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.
Qeyd edək ki, sözügedən istiqamətdə səhər saatlarında körpüdə çökmə əmələ gəlmişdi.