XƏBƏRLƏR / Nəqliyyat

“Turkish Airlines” Pakistana uçuşları ləğv edib

Bu barədə aviadaşıyıcının məlumatında bildirilib

“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Turkish Airlines” aviaşirkəti Asiyada vəziyyətlə əlaqədar 8-9 may tarixlərində Pakistana və əks istiqamətə uçuşlar həyata keçirməyəcək.

    Bu barədə aviadaşıyıcının məlumatında bildirilib.

    "Asiyada siyasi qeyri-sabitlik səbəbindən 8-9 may tarixlərində İslamabad və Lahora uçuşlarımız ləğv edilib", - məlumatda qeyd olunub.

    Beləliklə, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı uçuş həyata keçirilməyəcək.

    Şirkətin məlumatına görə, mayın 7-nə qədər bu istiqamətlərə alınmış biletləri əlavə ödəniş etmədən geri qaytarmaq və ya başqa tarixlərə dəyişmək mümkün olacaq.