Güclü küləyə görə qatarların sürət həddi endirilib
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, mövcud hava şəraiti səbəbindən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir.