XƏBƏRLƏR / Nəqliyyat

Tehran-Dubay aviareysi bərpa olunub

Fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarından sonra Tehran–Dubay istiqamətində bütün reyslər dayandırılmışdı

Tehran-Dubay aviareysi bərpa olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Son müharibədən sonra Tehran-Dubay aviareysi bərpa olunub.

    Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı Tehran–Dubay–Tehran aviareyslərinin qısa fasilədən sonra yenidən fəaliyyətə başladığını açıqlayıb.

    Məlumata görə, bu gün səhər Tehrandan yola düşən ilk təyyarə Dubaya eniş edib.

    Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarından və ölkədə hava məkanının bağlanmasından sonra Tehran–Dubay istiqamətində bütün reyslər dayandırılmışdı.