XƏBƏRLƏR / Nəqliyyat

ABŞ məmurları TRİPP-i müzakirə etmək üçün İrəvana gəlir

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb

ABŞ məmurları TRİPP-i müzakirə etmək üçün İrəvana gəlir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-dan nümayəndə heyəti Ermənistanın Sünik bölgəsindən keçəcək “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaq üçün İrəvana gedəcək.

    Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

    Məlumata görə, amerikalıların səfəri gələn həftəyə planlaşdırılıb. Onlar erməni tərəfi ilə yalnız marşrutun texniki və siyasi detalları deyil, həm də investisiya həcmləri, prioritet istiqamətlər və tikinti işlərinin başlanma müddətlərini müzakirə edəcəklər.

    Məlumatlı hökumət mənbələri qəzetə bildiriblər ki, səfərin gündəliyi ictimaiyyətdə "42 kilometrlik Tramp dəhlizi" kimi tanınan proqrama aiddir.

    Mənbələrin bildirdiyinə görə, səfərin məqsədi artıq paraflanmış Tramp-Əliyev-Paşinyan memorandumunun variantının praktiki həyata keçirilməsinə yönəlmiş addımların ardıcıllığına aydınlıq gətirməkdir.

    Görüşlərin qapalı rejimdə keçirilməsi nəzərdə tutulur.