"Bakı-Tbilisi-Qars dəmir yolu ən təhlükəsiz dəhlizdir"
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu belə deyib
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Bakı-Tbilisi-Qars dəmir yolu haqqında danışıb. "TRT Haber" xəbər verir ki, nazir bu marşrutu ən təhlükəsiz dəhliz adlandırıb. "Sürətli qatar layihələri mövcud sistemin yenilənməsi və modernizasiyası milli və yerli dəmir yolu sənayesinin inkişafı üçün böyük yol qət etmişik. Tarixi İpək Yolunu canlandırmaq məqsədilə "Tək Yol, Tək Kəmər" təşəbbüsünün ən önəmli həlqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə və "Marmaray"la Pekindən Londona qədər ən təhlükəsiz, ən qısa beynəlxalq dəmir yolu dəhlizini formalaşdırdıq", - deyə o söyləyib.
Nazir Türkiyənin dəmir yolu şəbəkəsinin 13 150 kilometrə çatdırıldığını vurğulayıb.