ADY İran Astarasında yük terminalının tikintisinə davam edir
Bu barədə “Azərbaycan Dəmir Yolları”QSC-dən məlumat verilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Astara sərhəd stansiyasının İran tərəfində 35 hektarlıq yük terminalının tikintisini davam etdirir.
Terminal Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun elementlərindən biridir.
Azərbaycan-İran hökumətlərarası 2017-ci il sazişinə əsasən, terminalın tikintisi üçün ərazi Azərbaycana 25 il müddətinə icarəyə verilib.