
16:25
Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində 2 nəfər (1 kişi cinsli, 1 qadın cinsli) hospitalizasiya olunub.
Bu barədəTƏBİB-dən bildirilib.
Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***
15:02
Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza həm şəhərin mərkəzində, həm də metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə sıxlığa səbəb olub.