XƏBƏRLƏR / Nəqliyyat

"Tramp marşrutu"nun Rusiya şirkətinə dəxli yoxdur

Bunu Rusiyadan səslənən iddialara cavab olaraq Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyan deyib

"Tramp marşrutu"nun Rusiya şirkətinə dəxli yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəbər verdiyimiz kimi, Rusiya XİN-nin MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin TRİPP marşrutu ilə bağlı bəyan edib ki, "Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları şirkətimiz Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolu xətlərindən istifadə edir".

    Buna cavab olaraq Ermənistan parlamenti Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyan bildirib ki, "Tramp marşrutu" Rusiya şirkətinə məxsus olmayacaq.

    Ölkənin mövcud dəmir yolu xətləri Cənubi Qafqaz Dəmir Yollarına məxsusdur. "Tramp marşrutu" daxilindəki 43 kilometrlik dəmir yolu TRIPP-ə məxsus olacaq.