Çindən Azərbaycana 160 elektrik avtobusu gətirildi
Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev deyib
Çindən Azərbaycana gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq.
Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu avtomobuslar Çinin "BYD" şirkətinə məxsusdur.