THY İstanbuldan İrəvana uçuşlar həyata keçirəcək
İrəvanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıç deyib
Türk Hava Yolları gələn ildən etibarən İstanbuldan İrəvana müntəzəm uçuşlar həyata keçirəcək.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bu barədə "X" səhifəsində yazıb. O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha bir addım atıldığını qeyd edib.

Serdar Kılıçın sözlərinə görə, Türk Hava Yolları 11 mart 2026-cı il tarixindən etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə gündəlik uçuşlara başlayacaq.
1 dəqiqədən az