XƏBƏRLƏR / Nəqliyyat

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.