Paytaxtın mərkəzi hissəsində yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Yol-nəqliyyat hadisəsi Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektlərinin kəsişməsində baş verib.
Qəza səbəbindən "Azneft" dairəsi istiqamətində sıxlıq yaranıb.