"28 Mall"a gedən yolda hərəkətə məhdudiyyət tətbiq edilib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir FOTO

Bakının Nəsimi rayonunun Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
"Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işləri aparılır. Bu səbəbdən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib", - deyə məlumatda bildirilib.