XƏBƏRLƏR / Nəqliyyat

Bakı Metropolitenində qatarlararası intervallar azaldılır

“Bakı Metropoliteni” xəbər verir

Bakı Metropolitenində qatarlararası intervallar azaldılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Bakı Metropoliteni” QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.

    QSC xəbər verir ki, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək. Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq. Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə “Avtovağzal-8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

    Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.