XƏBƏRLƏR / Nəqliyyat

ABŞ aviadaşıyıcısının təyyarəsi Bakıda təcili eniş etdi

Bu barədə AZAL bildirib

ABŞ aviadaşıyıcısının təyyarəsi Bakıda təcili eniş etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

    AZAL-dan bildirilib ki, ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.

    Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür.