Hazırda ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə Ələt (Bakı)-Türkmənbaşı-Ələt (Bakı) və Ələt (Bakı)-Kurık-Ələt (Bakı) istiqamətlərində sərnişinlərin daşınması həyata keçirilir.
ASCO-dan bildirilib ki, biletlərin qiyməti Qazaxıstan istiqamətində 60-80 dollar, Türkmənistan istiqamətində 50-60 dollar arasında dəyişir.
Qeyd edək ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar ölkəni tərk etmək üçün (hava yolu istisna) Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur.