Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib
Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək
Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.
Bu gündən etibarən uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.
Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.
Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.
Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:
|
Reys |
Bakıdan qalxma |
Naxçıvandan qalxma |
|
J2 2251 / 2252 |
18:00 |
20:00 |
|
J2 2253 / 2254 |
19:00 |
21:00 |
|
J2 2255 / 2256 |
20:00 |
22:00 |
|
J2 2257 / 2258 |
21:00 |
23:00 |
Qeyd edilib ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.
"AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar", - AZAL-dan bildirilib.
Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu.
1 dəqiqə