XƏBƏRLƏR / Nəqliyyat

Təbrizə Bakı və İstanbuldan aviauçuşlar bərpa edilir

Məlumatı İran Mülki Aviasiyasının sözçüsü Məcid Əhəvan verib

Təbrizə Bakı və İstanbuldan aviauçuşlar bərpa edilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təbriz Hava Limanı bir illik durğunluqdan sonra Bakı və İstanbuldan ilk uçuşlarını qəbul etməyə hazırlaşır.

    İran Mülki Aviasiyasının sözçüsü Məcid Əhəvanın sözlərinə görə, bu, yaxın bir neçə gün ərzində baş verəcək.

    Şəhid Mədəni Hava Limanı 2025-ci ilin iyun ayında İsrailin hava hücumları nəticəsində zədələnib. Uçuş-enmə zolağı və idarəetmə qülləsi zədələnib.