Qazaxıstan aviaşirkəti də Rusiyaya uçuşları dayandırır
Bu barədə "Qazaq Air" aviaşirkəti məlumat yayıb
Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Rusiyaya uçuşların davam edən risk qiymətləndirilməsinin nəticələrinə əsasən, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün Astana - Yekaterinburq marşrutu üzrə Rusiya Federasiyasına uçuşları dayandırdığını elan edib.
Yekaterinburqa uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçiriləcək.
Bu barədə aviaşirkət məlumat yayıb.