XƏBƏRLƏR / Nəqliyyat

Naxçıvan uçuşları yenidən təxirə salınıb

AZAL xəbər verir

Naxçıvan uçuşları yenidən təxirə salınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

    Bu barədə AZAL-dan məlumat verilib.

    Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.

    Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.