XƏBƏRLƏR / Nəqliyyat

Naxçıvan aeroportu daxili və xarici uçuşlar dayandırılıb

Məlumat Naxçıvan Beynəlxalq Hava Limanından verilib

Naxçıvan aeroportu daxili və xarici uçuşlar dayandırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

    Naxçıvan Beynəlxalq Hava Limanından verilən məlumata görə, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

    Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacaq.

    Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.