XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycanda beynəlxalq dəniz daşımaları artıb

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir

Azərbaycanda beynəlxalq dəniz daşımaları artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə ümumilikdə 2 milyard 177,6 milyon dollar dəyərində 2 milyon 364,6 min ton yük daşınıb.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşımaların həcmi 12,9 faiz, onların dəyəri isə 45,6 faiz artıb.

    Hesabat dövründə dəniz nəqliyyatı ilə 84,9 milyon ABŞ dolları (55,3 faiz az) dəyərində 74,1 min ton yük (illiklə müqayisədə 5,7 faiz çox) ixrac edilib. Yüklərin həcmi 2 milyon 290,4 min ton (13 faiz çox), dəyəri 2 milyard 92,6 milyon ABŞ dolları (56 faiz çox) təşkil edib.