Yanvar-aprel aylarında nəqliyyat sektoru $2,5 mlrd qazanıb
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yazıb
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat sektorunun gəlirləri 4 milyard 184,1 milyon manat təşkil edib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.