192 kilometrlik Biləcəri-Yalama dəmir yolu modernləşdirilir
Asiya İnkişaf Bankı bunun üçün 350 milyon dollar kredit ayırıb
Asiya İnkişaf Bankı 192 kilometrlik Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsinə 350 milyon dollar kredit ayırıb.
Biləcəri-Yalama xətti CAREC* nəqliyyat şəbəkəsinin mühüm hissəsidir və Azərbaycanda regional ticarətin və logistikanın inkişafı üçün vacibdir.
* - CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) nəqliyyat şəbəkəsi Avrasiya regionunda ticarəti və iqtisadi inkişafı gücləndirmək üçün yaradılmış altı əsas beynəlxalq nəqliyyat dəhlizindən ibarətdir. Bu şəbəkə Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə həyata keçirilir və 11 ölkəni birləşdirir.
1 dəqiqədən az