Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılır
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb
                                Bakıda Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
İyulun 31-də saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinə qədər) təmir işləri ilə əlaqədar bəzi zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək. .
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qurum sürücüləri müəyyən edilmiş müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.
                    
                                                    
                                                
                                                    
                                                
                            
                            
                            
									1 dəqiqədən az