XƏBƏRLƏR / Nəqliyyat

Zığ dairəsi-Hava Limanı yolunda Sürət həddi endirilib

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

Zığ dairəsi-Hava Limanı yolunda Sürət həddi endirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

    Bildirilib ki, qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.