XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan Aİ ilə Brüsseldə Zəngəzur dəhlizini müzakirə edib

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib

Azərbaycan Aİ ilə Brüsseldə Zəngəzur dəhlizini müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında iştirak edib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

    Görüş zamanı Zəngəzur dəhlizinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələləri müzakirə edilib.

    Həmçinin ölkəmizlə Aİ arasında hava, dəniz və avtomobil nəqliyyatı sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.