"Türk Hava Yolları" Ginnesin rekordlar kitabına düşdü
Aviaşirkət 120 ölkəyə uçuş həyata keçirir
"Türk Hava Yolları" Ginnesin rekordçusudur.
"Türk Hava Yolları" rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən "Ən çox ölkəyə uçuşlar həyata keçirən aviaşirkət" mükafatına layiq görülüb. Şirkət 120 ölkəyə uçuş həyata keçirir ki, bu da mütləq dünya rekordudur.
Daha əvvəl bildirilmişdi ki, Türkiyənin digər aviaşirkəti "Pegasus Hava Yolları" və "Boeing" təyyarə parkının genişləndirilməsi ilə bağlı müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, Türkiyənin aparıcı aşağı büdcəli aviadaşıyıcısı 200 ədəd 737 MAX təyyarəsi alacaq.