XƏBƏRLƏR / Nəqliyyat

Dəmir yollarında sürət həddi endirildi

Bu barədə ADY-dan məlumat verilib

Dəmir yollarında sürət həddi endirildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Dəmir Yolları (ADY) paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. Bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq.

    Bu barədə ADY-dan məlumat verilib.

    "Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik", - deyə bildirilib.

    Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.