XƏBƏRLƏR / Nəqliyyat

Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb

Qatar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə gəlib

Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yola düşən qatar  Bakıya çatıb.

    Bu dəhlizdən keçən 237-ci qatar Çinin Yivu şəhərindən yola düşmüşdü.

    "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.

    TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.