XƏBƏRLƏR / Nəqliyyat

İran Bakı-Naxçıvan-Bakı avtobus reyslərinə problem yaradıb

Avtobuslar müvəqqəti olaraq İranda saxlanılıb, lakin sonradan buraxılıblar

İran Bakı-Naxçıvan-Bakı avtobus reyslərinə problem yaradıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran İslam Respublikasından keçən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem aradan qaldırılıb.

    Avtobuslar müvəqqəti olaraq İranda saxlanılıb, lakin sonradan buraxılıblar.

    Artıq avtobuslar Naxçıvana çatır.

    AYNA-dan bildirilib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılsa da, 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük- keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirir.

    Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır.