Zəngəzur dəhlizi üzrə işlər 2030-cu ilə qədər başa çatacaq
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu deyib
Zəngəzur dəhlizi 2030-cu ilə qədər başa çatacaq.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu məlumat verib.
O, qeyd edib ki, Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmir yolu xətlərini təmir edir və onları Ermənistan sərhədinə qədər uzadacaq. Qarşıdakı işlər həm dəmir yolu, həm də avtomobil yolunu əhatə edəcək.
Nazir həmçinin əlavə edib ki, Zəngəzur dəhlizinin Horadizdən Bakıya qədər olan hissəsində tikinti işləri artıq başa çatıb. Ümumilikdə, Zəngəzur dəhlizi üzrə işlərin 2030-cu ildə başa çatması gözlənilir.
1 dəqiqədən az